Məlumat
Azərbaycan daxilində çatdırılma pulsuzdur. Azərbaycandan kənara sifariş üçün WhatsApp-da bizimlə əlaqə saxlayın.
Stokdakı məhsullar 1 iş günü ərzində göndərilir. Qalan bütün məhsullar sifarişlə hazırlanır: pulqabı, kəmər və aksesuarlar 1–2 iş günü, çantalar 2–5 iş günü çəkir. Növbədə sifarişlər varsa, müddət uzana bilər; dəqiq hazır olma tarixini WhatsApp-da təsdiqləyirik. Azərbaycan daxilində çatdırılma 1–3 gün çəkir.
Ödəniş yalnız onlayn qaydada, kartdan karta köçürmə yolu ilə qəbul olunur. Sifarişiniz təsdiqləndikdən sonra ödəniş rekvizitləri WhatsApp vasitəsilə sizə təqdim olunur.
Məhsulların qaytarılması və dəyişdirilməsi qəbul edilmir. Zəhmət olmasa sifarişdən əvvəl ölçü və rəngi diqqətlə yoxlayın, suallarınız üçün WhatsApp-da yazın. Məhsul zədəli və ya qüsurlu çatarsa, bizimlə əlaqə saxlayın, məsələni həll edək.
Bel ölçünüzə təxminən 5 sm əlavə edin. Əmin deyilsinizsə, WhatsApp-da yazın, ölçünü birlikdə müəyyən edək.
Bəli. Rəng, ölçü, ad və ya inisial həkki və xüsusi model üçün WhatsApp vasitəsilə bizimlə əlaqə saxlayın.
Fərdi sifariş
Rəng, ölçü, ad və ya inisial həkki, xüsusi model: istəyinizi WhatsApp-da yazın, birlikdə razılaşaq.
Fərdi sifariş üçün yazın